`Əli Kərimlinin prokurorluğa çağrılması söhbəti var`

`Əli Kərimlinin  prokurorluğa çağrılması söhbəti var`
  02 Sentyabr 2013    Oxunub:1269
`Bizi Baş Prokurorluğa çağırıb, bir-bir sual-cavab edirlər. Eldar Namazov yarım saat olar ki, Prokurorluqdan çıxıb`.

Bu sözləri AzVision.az-a açıqlamasında Milli Şura üzvü Eldəniz Quliyev deyib .

Onun sözlərinə görə, Eldəniz Quliyevin sabah Baş Prokurorluğa getməyi təxirə salınıb :`Mən də sabah getməli idim, amma zəng edib dedilər ki, sabah gəlmiyin. Özləri mənə xəbər edəcəklər, amma bilmirəm nə vaxt çağıracaqlar. Keçən həftənin cümə günü Köçəri Nağıbəyli dindirilib. Əli Kərimlinin də çağırılmağı barədə söhbət var, amma bilmirəm, çağıracaqlar, ya yox`.

Qeyd edək ki, El” hərəkatının sədri Eldar Namazov və Köçəri Nağıbəyli sabiq Milli Şura üzvü Əflan İbrahimovun müraciəti əsasında Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 4 saat ifadə verib.

Ə. İbrahimov kütləvi informasiya vasitələrinə açıqlamasında Milli Şuranın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti