Ermənistanın baş naziri Rusiyaya gedir

Ermənistanın baş naziri Rusiyaya gedir
  25 May 2017    Oxunub:1181
Ermənistanın baş naziri Karen Karapetyan Rusiyaya səfər edəcək.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Karapetyanın başçılıq etdiyi nümayəndə heyəti mayın 25-də Rusiyaya yollanacaq. Səfər 2 günlük nəzərdə tutulub.

Ermənistan hökümətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, baş nazir Kazan şəhərində keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının və MDB hökümət rəhbərlərinin şura iclasında iştirak edəcək.

Şahin Qocayev
AzVision.az







Teqlər: Ermənistan   Karapetyan  





Xəbər lenti