ALP Cəmil Həsənliyə imzatoplamadan danışdı
Bunu Azvision.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan AXCP və Müsavat partiyalarının`Cəmil Həsənliyə imzatoplanması üçün bütün partiyalar iştirak edə bilər, biz heç kimə mane olmuruq` fikirlərinə münasibət bildirərəkən deyib :`Liberal partiya bütün seçkilərdə iştirak etmiş bir partiyadır. Ehtiyac olsa idi, biz də qoşulardıq, ehtiyac duyulmadı deyə qoşulmadıq. Gülağa bəyin bu məsələdən xəbəri olmayıb. Biz imzatoplamaq üçün onlara müraciət etmədik, çünki dediyim ki, həmin iki partiya bu işi öz üzərinə götürdülər`.
Qeyd edək ki,Azərbaycan Liberal Partiyasının (ALP ) sədri Əvəz Temirxan mətbuata açıqlamasında bildirib ki, ALP Cəmil Həsənli üçün imza toplamır. Onun sözlərinə görə, ALP-nin imza kampaniyasından kənarda saxlanılmasına səbəb Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat partiyalarıdır. Müsavatın nümayəndəsi isə Əvəz Temirxana cavabında bildirib :`Müsavat heç vaxt deməyib ki, imzaları biz tək, yaxud da ki, AXCP ilə bərabər toplamalıyıq`.
Nihadə Eyyubova