Fransada 3 erməni yanaraq öldü - Video

Fransada 3 erməni yanaraq öldü - Video
  27 May 2017    Oxunub:2087
Fransanın Marsel şəhərində baş verən yanğın nəticəsində 3 erməni ölüb, biri isə yaralanıb. AzVision.az xəbər verir ki, bu barədə News.am-a Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bildirib.
Balayanın verdiyi məlumata görə, yanğın nəticəsində Koçaryan ailəsinin 3 üzvü həlak olub, biri isə xəstəxanaya çatdırılıb.

Məlumata görə, yanğın yaşayış binasında baş verib. Hadisə zamanı Arsen Koçaryan adlı erməni sakin qonşusuna kömək etmək üçün evi tərk edib. Bu zaman onun həyat yoldaşı, iki yaşlı uşağı və Samanta Koçaryan yanaraq ölüb. Arsen Koçaryan isə yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.



Şahin Qocayev
AzVision.az


Teqlər: Fransa   Yanğın   Erməni  





Xəbər lenti