Şəmkirdə yaşayış evində partlayış
Kənd sakini, 1977-ci il təvəllüdlü Araz Həsənov yaşadığı evdə qaz sızdığını hiss etməyərək siqaret çəkib və bu zaman partlayış baş verib. Hadisə zamanı A. Həsənov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (APA)
AzVision.az
Teqlər: