Hüseynqulu Bağırov vətəndaşlarla görüşəcək

Hüseynqulu Bağırov vətəndaşlarla görüşəcək
  03 Sentyabr 2013    Oxunub:1396
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov sentyabrın 11-də saat 10:00-da Qəbələ Şəhər Mədəniyyət Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbulda Qəbələ ilə yanaşı, Şəki, Zaqatala, Balakən, Qax, İsmayıllı və Oğuz rayonlarının sakinləri də iştirak edəcəklər.

Qəbula gəlmək istəyənlər [email protected][email protected] elektron poçt ünvanlarında, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”ində, həmçinin Qəbələ Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsində (Qəbələ şəhəri, Nəsimi küçəsi 65, əlaqə telefonu: 050 330 87 19; 055 755 53 37; 050 545 23 61; 024 205 13 08) qeydiyyatdan keçməlidirlər.


Teqlər:  





Xəbər lenti