Türkiyədə baş redaktor qətlə yetirilib
Məlumata görə, baş redaktorun qızı Əsma və kürəkəni Cəmil Yavuz Qərənfil arasında mübahisə baş verib. Mübahisə dava ilə nəticələnib. Münaqişə zamanı kürəkən qayınatasına və həyat yoldaşına bıçaqla zərbə endirib.
Nəticədə baş redaktor ölüb, qızı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qətli törədərək hadisə yerindən qaçan Cəmil Yavuz Qərənfil bir müddət sonra polisə təslim olub.
AzVision.az
Teqlər: Türkiyə