Bakıda 30 min nəfər F1-i izləyəcək
Özerdimin sözlərinə görə, bilet alan ölkələr sırasında ilk yerləri Rusiya, İngiltərə, Ukrayna, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri tutur.
Ümumilikdə Bakı Qran Prisinə 30 min tamaşaçının gələcəyi gözlənilir:
"Azərbaycan Qran Prisinə 4 həftə qalmış Filarmoniya bağı tərəfində olan tribunanın biletləri tamamilə satılıb. İçərişəhər tribunalarının biletləri də çox az qalıb. Bu il iki yeni tribuna da əlavə edilib. Bunlar Sahil bağı və Sabir bağıdır. Keçən ilə nəzərən bu il izləyicilərin sayı daha çox olacaq".
Xatırladaq ki, Azərbaycan Qran Prisi 23 - 25 iyunda Bakının mərkəzi küçələrində keçiriləcək.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: F1