Nazir əlil gənclərin problemlərindən danışdı

Nazir əlil gənclərin problemlərindən danışdı
  03 Sentyabr 2013    Oxunub:1074
Əlil gənclər üçün Azərbaycanda işlər aparılır.
AzVision.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən Gənclər və İdman Nazirliyinin bu ilin yanvar-avqust aylarındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib.

Nazir vurğulayıb ki, onların iştirakı ilə müxtəlif festivallar aparılır: “Doğrusu mən xarici ölkələrə baxanda elə düşünürdüm ki, ölkəmizdə əlil azdır. Lakin belə başa düşürəm ki, bir neçə müddət öncə ölkəmizdə onlar üçün yetərincə şərait yaradılmamışdı. Çünki nə əlil arabaları nə də küçədə olan pilləkənlər əlillər üçün yetərincə deyildi. Yəni şəraitsizlik ucbatından onlar bayıra çıxmırdılar. Ancaq indi artıq bunun üçün Nazirlik çalışır. Sumqayıtda olan Paraolimpiya kompleksi əlillər üçün çox gözəl bir şansdır. Bundan başqa regionlarda bu əlillər üçün müəyyən layihələr nəzərdə tutulub. Çalışırıq ki, onların iştirakını tədbirlərdə, layihərlərdə artıraq”.

Sevinc İLTİFATQIZI


Teqlər:





Xəbər lenti