“Azərbaycanın rolunu yüksək qiymətləndirirəm” - Tramp
Tramp qeyd edib ki, ABŞ əvvəlki kimi Cənub Qaz Dəhlizini dəstəkləyir və bu layihənin icrası üzrə Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının səylərini alqışlayır: “Qlobal enerji təhlükəsizliyində, eləcə də Xəzər regionunun enerji resurslarının inkişaf etdirilməsi və ixrac edilməsində Azərbaycanın mühüm rolunu yüksək qiymətləndirirəm”.
ABŞ prezidenti, həmçinin qeyd edib ki, iqtisadiyyatın diversifikasiyası üzrə Azərbaycanın səylərini dəstəkləyir və alqışlayır və yeni sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını nəzərdə tutur: “Siz iqtisadi və hökumət islahatlarını davam etdirdiyiniz müddətdə ABŞ sizinlə işləməyə hazırdır”.
AzVision.az
Teqlər: ABŞ Tramp Azərbaycan