İran səfiri partlayışda yaralandı
“İran səfiri Məhəmməd Reda Barhami yaralanıb, səfirliyin binasına ciddi ziyan dəyib. Səfirlikdə olan digər diplomatların səhhəti üçün heç bir təhlükə yoxdur”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb, azı 325 nəfər yaralanıb.
Partlayıcı qurğu prezident sarayının və xarici səfirliklərin yerləşdikləri binaların yaxınlığında işə salınıb. Bir çox binalar zədələnib, qapı və pəncərələr qopub. İlkin məlumata görə, Almaniya səfirliyindən bir qədər aralıda minalanmış avtosistern partladılıb.
Eldar Tanrıverdiyev
AzVision.az