Avropa MSK-nın İlqar Məmmədovla bağlı qərarını alqışladı

Avropa MSK-nın İlqar Məmmədovla bağlı qərarını  alqışladı
  03 Sentyabr 2013    Oxunub:997
Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobia bəyanat yayıb.
“Media forum” saytının məlumatına görə, səfir REAL hərəkatının rəhbəri İlqar Məmmədovun prezidentliyə namizədliyinin təsdiqlənməsini alqışlayaraq deyib: “Mən bunu qeydiyyat prosesinin ədalətli və hamı üçün açıq olmasını təmin etmək üçün Mərkəzi Seçki Komissiyasının göstərdiyi cəhdlərin müsbət əlaməti sayıram. Kampaniya aparmaq və seçkidə iştirak etmək üçün namizədlərin səmərəli mövqe tutması üçün növbəti tədbirlər aparılmalıdır. Bu, beynəlxalq standartlar əsasında demokratik seçki prosesinə və Azərbaycanın bu sahədə üzərinə götürdüyü beynəlxalq öhdəliklərə töhfə olar”.

Xatırladaq ki, məhbus İlqar Məmmədovun prezidentliyə namizədliyi avqustun 27-də təsdiqlənib. İlqar Məmmədov bu il fevralın 4-dən həbsdədir. O, İsmayıllıda kütləvi iğtişaşların təşkilində günahlandırılır.


Teqlər:





Xəbər lenti