Qarabağda erməni əsgəri yaralandı

Qarabağda erməni əsgəri yaralandı
  31 May 2017    Oxunub:3612
Dünən günorta saatlarında işğal altında olan Qarabağda erməni əsgər Alik Smbat Avanesyan yaralanıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin rəisi, polkovnik Kamavor Xaçatryan bildirib.

Hazırda yaralı əsgərin Xankəndi hospitalında ağır vəziyyətdə olduğunu bildirən Xaçatryan onun İrəvana köçürülməsinin mümkün olmadığını deyib.

Şahin Qocayev
AzVision.az





Teqlər: Qarabağ  





Xəbər lenti