Ermənistanda Hərbi Hospitalın rəisi işdən çıxarıldı

Ermənistanda Hərbi Hospitalın rəisi işdən çıxarıldı
  31 May 2017    Oxunub:1701
Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hərbi Hospitalının rəisi, tibb xidməti polkovniki Aram Asatryan vəifəsindən azad edilib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu haqda jurnalistlərlə müsahibəsi zamanı Silahlı Qüvvələrin Hərbi-Tibb İdarəsinin rəisi, polkovnik Kamovar Xaçatryan bildirib.

Onun sözlərinə görə, Asatryanın vəzifəsindən azad edilməsi haqqında əmr may ayının 12-də imzalanıb. Xaçatryan, Mərkəzi Klinik Hərbi Hospitalın yeni rəisinin hələ təyin edilmədiyini də bildirib.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti