Moldova şərabı qadağan edilə bilər

Moldova şərabı qadağan edilə bilər
  03 Sentyabr 2013    Oxunub:1169
Onişenko Moldova şərabının Rusiya bazarına çıxarılmasına qadağa qoya bilər.
AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, Rusiya sanitar xidmətində Moldovadan gətirilən şərabların keyfiyyəti ilə bağlı suallar ortaya çıxıb. Rusiyanın baş dövlət sanitar həkimi Gennadi Onişenko bildirib ki, şərabların keyfiyyəti aşağı olsa, Rusiya keyfiyyətsiz məhsulların bazara çıxarılmasının qarşısını almaq üçün “adekvat tədbirlər” görəcək.

Keçən həftə Rusiya Moldovadan idxal olunan məhsulların dörd partiyasından imtina edib. Onişenkonun sözlərinə görə, Moldovada indiyədək şərabların keyfiyyəti ilə bağlı problem həll olunmayıb. Moldovanın səlahiyyətli dövlət orqanları bu məsələnin Rusiya tərəfi ilə müzakirəsindən yayınır.

2013-cü ildə Moldova Rusiyaya 3844 partiyada 24 milyon litrdən çox spirtli içki satıb. 2006-cı ildə Rusiya keyfiyyətlə əlaqədar problemlərə görə, Moldovadan şərab idxalına qadağa qoyub.

AzVision.az


Teqlər:





Xəbər lenti