Obama 8 milyon dollara ev aldı

  01 İyun 2017    Oxunub : 799
Obama 8 milyon dollara ev aldı
ABŞ-ın sabiq prezidenti Barak Obama Vaşinqtonun prestijli rayonunda 8,1 milyon dollar dəyərində ev alıb.
AzVision.azxəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

“Sabiq prezident və xanımının ən azı 2 il yarım burada qalacağı nəzərə alınsa, onlar üçün bu evi icarəyə götürməkdənsə almaq daha məntiqlidir”, - deyə Obama ailəsinin rəsmi nümayəndəsi Kevin Lyis bəyan edib.

Telekanalın məlumatına görə, ailənin aldığı evin 9 yataq, 8 hamam otağı var.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Obama   ABŞ   Ev