"Elə şeylər uydururlar ki, adam məəttəl qalır" - Vitse-spiker

"Elə şeylər uydururlar ki, adam məəttəl qalır"  - Vitse-spiker
  01 İyun 2017    Oxunub:1877
“Ermənilər vəziyyəti yalnız cəbhə xəttində gərginləşdirmirlər. Onlar müxtəlif cəbhələrdə vəziyyəti gərginləşdirirlər və cavablarını alırlar. Bundan sonra da cavablarını alacaqlar”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Vitse-spiker bu yaxınlarda Tiflisdə keçirilən NATO-nun Parlament Assambleyasından söz açaraq bildirib ki, ermənilər həmin tədbirdə böhtan xarakterli çıxışlar edib.

"Nümayəndə heyətimiz onların cavabını verdi. Sübut etdik ki, Ermənistan həqiqətən işğalçı dövlətdir. Azərbaycanın torpaqlarının 20 faizini işğal edib. 1 milyondan çox qaçqın və köçkün var ki, onların da 300 mini uşaqlardır. Biz həmişə beynəlxalq tədbirlərdə bu məsələni qaldırırıq və ermənilərin iç üzləri açılıb göstərilir. Çünki bunlar heç nədən elə şey uydururlar ki, adam məəttəl qalır. Amma bizim əsaslandığımız beynəxalq, tarixi sənədlər var. Biz bu sənədlərlə avropalı həmkarlamıza məlumatlar çatdırdıq və bildirdik ki, hazırkı vəziyyət necədir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Ziyafət-Əsgərov  





Xəbər lenti