TQDK-nın yeni binasının açılışı oldu

TQDK-nın yeni binasının açılışı oldu
  03 Sentyabr 2013    Oxunub:2630
TQDK-nın Ağcabədi regional bölməsinin inzibati binasının açılışı olub.
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, sentyabrın 3-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Ağcabədi şəhərində yerləşən regional bölməsinin inzibati binasının açılışı olub.

Tədbirdən əvvəl TQDK sədri Məleykə Abbaszadə şəhərin mərkəzi meydanında ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri qoyub.

Açılış mərasimində TQDK sədri, Komissiyanın əməkdaşları, Ağcabədi şəhər İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, rayon ictimayyətinin və Kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

TQDK sədri konfrans zalında tədbirdə iştirak edən Ağcabədi və ətraf rayonların pedaqoji ictimaiyyətinin nümayəndələri ilə görüşüb. M. Abbaszadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2012-ci ildə Komissiyanın yeni 3 regonal bölməsinin yaradıldığını xatırladaraq, bununla TQDK-nın regional bölmələrinin sayının 8-ə çatdığını bildirib.

Tədbirin sonunda TQDK sədri görüş iştirakçılarını maraqlandıran sualları cavablandır


Teqlər:  





Xəbər lenti