Ohanyan yeni partiya yaradır

Ohanyan yeni partiya yaradır
  01 İyun 2017    Oxunub:1526
"İrs" partiyasının lideri Raffi Ovanisyan yaxın günlərdə parlament xaricində güclü ittifaqın formalaşdırılmasının zəruri olduğunu bildirib.
AzVision.az "Jamanak"a istinadən xəbər verir ki, Ovanisyan siyasi qütbləşmənin hansı qüvvələrdən təşkil ediləcəyini açıqlamayıb. Bununla yanaşı Ohanyan-Raffi-Oskanyan blokunun taleyi hələ də məlum deyil.

Qəzetin yaydığı məlumata görə, keçmiş müdafiə naziri Seyran Ohanyan çətin ki, Ovanisyanın təşəbbüsü ilə parlament xaricində təşkil edilən müxalif qütbləşməyə daxil olsun.

Ovanisyanın bu bəyanatı ORO blokunun iki lideri Vardan Oskanyan və Seyran Ohanyanın iştirakı olmadan səsləndirilib.

Bundan başqa Ohanyanın öz komandası, əsasən döyüş dostları və tərəfdarlarının dəstəyi ilə yeni partiya yaradacağı gözlənilir.

Rəziyə Arslan
AzVision.az


Teqlər: Ermənistan   Ohanyan   Ovanisyan  





Xəbər lenti