Putin Klintonun ittihamlarına cavab verdi

  01 İyun 2017    Oxunub : 910
Putin Klintonun ittihamlarına cavab verdi
"Rusiya dövlət səviyyəsində haker fəaliyyəti ilə məşğul olmur və hakerləri dəstəkləmir"
AzVision.az“RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında deyib.

“Dövlət səviyyəsində biz heç vaxt bu işlə məşğul olmamışıq”, - deyə Putin vurğulayıb.

Rusiya prezidentinin fikrincə, hakerlər digər dövlətdə prezident seçkilərinin gedişinə kardinal şəkildə təsir edə bilməz: “Heç bir məlumat son nəticəyə təsir edə bilməz”.

Daha əvvəl demokratların ABŞ prezidentliyinə sabiq namizədi Hillari Klinton bəyan etmişdi ki, 2016-cı ildə onun seçki kampaniyasına təsir edən hakerlər aktiv şəkildə ölkə siyasətinə təsir edir, Vladimir Putin isə “ABŞ-ı çökdürmək” istəyir.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Rusiya   Putin   ABŞ