Bəxtiyar Hacıyev: `Müxalifətə inamsızlıq var`

Bəxtiyar Hacıyev: `Müxalifətə inamsızlıq var`
  03 Sentyabr 2013    Oxunub:1192
«Hazırda elə bir siyasi partiya və lider yoxdur ki, vətəndaşların böyük çoxluğunun ona inandığını iddia etsin».
Bu sözlər gənc fəal Bəxtiyar Hacıyevin «Bizim Yol» qəzetinə müsahibəsindəndir.

“7-8 partiyanın birləşdiyi quruma bir neçə milyon insanın yaşadığı paytaxtda icazəli aksiya üçün yer verilirsə və ən yaxşı halda bir neçə min nəfər iştirak edirsə, bu, onu göstərir ki, əhalisinin böyük hissəsinin narazı olan ölkədə partiyalara və onların liderlərinə inamsızlıq var”,- deyə Hacıyev bildirib.

Gənc fəalın sözlərinə görə, vətəndaşların aksiyaya gəlməməsinə səbəb nədənsə qorxmaları deyil: “İnamsızlıq və etimadsızlıq var. Bu isə daha təhlükəlidir. Əgər hansısa bir liderə qarşı simpatiya olsa, qısa müddətdə qorxunu aradan qaldırmaq olar. Əgər əhalinin böyük hissəsində partiyalara, onların liderlərinə inamsızlıq və etibarsızlıq varsa, onu aradan qaldırmaq daha çətindir, nəinki qorxunu. Mənim müşahidə etdiyim odur ki, insanlarda qorxudan dəfələrlə çox inamsızlıq və etimadsızlıq var. Bir çox insanlar var ki, evləri başlarına uçurulur, ədalətsiz mühitdə yaşayır, təzyiqlərlə üzləşir, amma hansısa partiya liderinə dəstək istəyəndə, dəstək vermirlər, çünki inamı itiriblər”.


Teqlər:





Xəbər lenti