Babayanın döyüş yoldaşları sorğu-sual edilir

Babayanın döyüş yoldaşları sorğu-sual edilir
  02 İyun 2017    Oxunub:1819
Ermənistanda "İqla" işi üzrə növbəti dindirilmə aparılıb.
AzVision.az "Joğovurd"a istinadən xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti Samvel Babayanın döyüş yoldaşı Sanasar Qaprielyanı sorğu-sual edib.

Müstəntiqlər Qaprielyana "İqla" işi üzrə kiminlə və nə barədə danışması haqda suallar veriblər. O, bildirib ki, nə sözü gedən silahla, nə də "İqla" tipli raketlə əlaqəsi var.

Məlumatalara görə, Sanasar Qaprielyanın həbs müddətinin iki ay uzadılması haqqında qərar çıxarılıb və buna görə onun vəkili apellyasiya şikayəti verib. Lakin məhkəmə onun həbsdə qalması ilə bağlı qərarı qüvvədə saxlayıb.

Rəziyə Arslan
AzVision.az


Teqlər: Ermənistan   İqla  





Xəbər lenti