Obama Suriya planını senatorlarla bölüşüb

Obama Suriya planını senatorlarla bölüşüb
  03 Sentyabr 2013    Oxunub:1230
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama Suriya planını senatorlarla bölüşüb.
Görüşdən sonra jurnalistlər qarşısına çıxan senatorlar Con Mak Keyn, Lindsi Qrehem müharibə tərəfdarı olduqlarını bəyan ediblər. Onlar həmçinin bildirib ki, hərbi əməliyyatlar lokal şəkildə deyil, geniş miqyasda aparılmalıdır. Senatorlar Konqresə də səslənib. Mak Keyn düşünür ki, qanunverici orqan müharibə variantını tezliklə təsdiqləməlidir.

Fransa da hesab edir ki, hərbi müdaxilə qaçılmazdır. Ölkənin baş naziri Jan Mark Eyru bu gün müharibə planını Senata təqdim edəcəyini açıqlayıb. Rusiya isə öz ampulasındadır. Hökumət üzvləri ilə görüşən Vladimir Putin bir daha qeyd edib ki, Suriyaya hər hansı müdaxilə yolverilməzdir. Ölkədə isə qan tökülür. Son məlumatlara görə Deraa, Deyr əz-zor və Hələbdə hökumət qüvvələri ilə qiyamçılar arasında baş verən toqquşmalarda 20 nəfər həlak olub.


Teqlər:  





Xəbər lenti