Böhran Qrupu: Qarabağda müharibə başlaya bilər
Hesabatda qeyd olunur ki, Azərbaycanın ərazisi olan, amma hazırda Ermənistanın nəzarətində qalan ərazilərdə son 3 il ərzində toqquşmalar artıb:
“2016-cı ilin aprel ayında qeydə alınmış eskalasiyadan bir il sonra Azərbaycan və Ermənistan 1994-cü ildə əldə olunmuş atəşkəs sazişindən bəri müharibəyə ən yaxın vəziyyətdədir. Zorakılıq səviyyəsi nisbətən aşağı olsa da, vəziyyət sürətlə nəzarətdən çıxa bilər”.
Müəlliflərin fikrincə, Dağlıq Qarabağ ətrafındakı müharibə regional qüvvələri, o cümlədən Rusiya və Türkiyəni proseslərə cəlb edə bilər.
Hesabatda qeyd olunur ki, Azərbaycan çoxillik status-kvodan narazıdır və əlavə təhlükəsizlik tədbirlərinin onu daha da möhkəmləndirəcəyindən narahatdır, ona görə də substantiv danışıqların təxirə salınmasının mümkün olmadığını vurğulayır. (Trend)
AzVision.az