Polis nümayişçilərə atəş açdı - 4 ölü (Yenilənib)

Polis nümayişçilərə atəş açdı - 4 ölü (Yenilənib)
  02 İyun 2017    Oxunub:1884
Əfqanıstan paytaxtı Kabulda ölkə prezidenti Əşrəf Qəni hökumətinin istefası tələbi ilə keçirilən nümayiş nəticəsində ölənlərin sayı artıb.
AzVision.az "Ria Novosti"yə istinadən xəbər verir ki, polislə etirazçılar arasında baş verən toqquşma nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

***

Əfqanıstanın paytaxtı Kabulda prezident sarayı və xarici səfirliklərin yaxınlığında baş verən güclü partlayışdan sonra yerli sakinlər nümayiş keçirməyə başlayıb.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, nümayişçilər hökumətin istefasını tələb edirlər. Polis aksiya iştirakçılarını dağıtmaq üçün atəş açıb. Nəticədə bir nəfər ölüb.

Qeyd edək ki, Kabulda bir neçə gün ərizndə baş verən terror aktları nəticəsində 100 nəfər ölüb, 600 nəfər xəsarət alıb. İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

AzVision.az




Teqlər: Kabul   terror  





Xəbər lenti