4 rayonda İdman Komplekslərimiz tikilir

4 rayonda İdman Komplekslərimiz tikilir
  03 Sentyabr 2013    Oxunub:1142
Azərbaycanın 4 rayonunda yeni İdman Kompleksləri tikiləcək.
AzVision.az xəbər verir ki, bunu bu gün nazir Azad Rəhimov Gənclər və İdman Nazirliyinin 2013-cü ilin yanvar-avqust aylarındakı fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirib.

Nazir vurğulayıb ki, Goranboy, Nefçala, Tərtər Olimpiya İdman Kompleksinin, Yardımlı və Qala İdman komplekslərinin tikintisinin və Lənkəran Olimpiya İdman Kompleksinin yenidən qurulmasının layihə-smeta sənədləri hazırlanır və yaxın zamanlarda tikintiyə hazırlıq işlərinə başlanacaq.

Hazırda regionlarda daha 4-Göygöl, Ağcəbədi, Abşeron və Saatlı Olimpiyta İdman Kompleksinin tikintisi davam etdirilir.

A.Rəhimov deyib ki, yaxın vaxtlarda Göygöldə də Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi nəzərdə tutulub.

Ümumiyyətlə, bu il Azərbaycanda bir sıra idman kompleksi idmançıların istifadəsinə verilib. Ölkə prezidenti İlham Əliyevin iştirakı ilə mayın 1-də Qobustan İdman Kompleksi, iyulun 1-də Şirvan, iyulun 19-da Xaçmazda və avqustun 16-da Qaxda Olimpiya idman komplekslərinin açılış mərasimləri keçirilib. Bunmdan başqa, bu ilin aprelin 16-da Mingəçevirdə Gənclər Evi də istifadəyə verilib.



Teqlər:  





Xəbər lenti