“Makron Qarabağ münaqişəsinin həllinin tərəfdarıdır” - Səfir

“Makron Qarabağ münaqişəsinin həllinin tərəfdarıdır” - Səfir
  02 İyun 2017    Oxunub:2197
Fransanın yeni prezidenti Emmanuel Makron Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlıdır və münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcək.
AzVision.az xəbər verir ki, bu sözləri Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez deyib.

Onun sözlərinə görə, prezident Makron Fransa-Azərbaycan arasında ikitərəfli əlaqələrinin zəngin olduğunu anlayır.

“Prioritet olan münaqişənin sülh yolu ilə həll edilməsidir. Bu problemin həllində ATƏT-in Minsk qrupunun səylərini vurğulamaq istəyirəm. Güman edirəm ki, prezident Makron da münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Fransa   Azərbaycan   Qarabağ  





Xəbər lenti