Rusiyadan Azərbaycana silah-sursat daşıyan şəxs tutulub

Rusiyadan Azərbaycana silah-sursat daşıyan şəxs tutulub
  28 Fevral 2013    Oxunub:1214
Silah-sursatın haradan və necə əldə ediməsi, hansı məqsədlə Azərbaycana gətirməsinə dair araşdırma aparılır.
Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Rusiyadan gələn avtomaşında silah və sursat aşkar edilib. Dövlət Gömrük komitəsindən verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Gülağa Cəfərovun idarə etdiyi "Ford Tranzit" markalı avtomaşına gömrük baxışı keçirilib.

Baxış zamanı avtomaşından hər biri 250 qram olmaqla 100 qutu "Sokol" markalı barıt, hər qutuda 25 ədəd olmaqla 16 qutu 12/70 kalibrli və hər qutuda 25 ədəd olmaqla 16 qutu 16/70 kalibrli istifadə olunmamış boş gilizlər, eləcə də 150 ədəd 16 kalibrli, 30 ədəd 12 kalibrli istifadə olunmuş boş gilizlər, 1 qutu piston, 1 ədəd "İJ-18" modelli 174689 nömrəli tüfəng, 1 ədəd çaxmaq, 2 kq qırma və 50 ədəd 5,6 mm kalibrlik güllələr aşkar olunub.

Hüquq-mühafizə orqanları tərəfindən Cəfərovun silah-sursatı haradan və necə əldə etməsi, eləcə də hansı məqsədlə Azərbaycana gətirməsinə dair araşdırma aparılır.


Teqlər:





Xəbər lenti