İranda güclü partlayış olub - 32 nəfər yaralanıb

İranda güclü partlayış olub - 32 nəfər yaralanıb
  03 İyun 2017    Oxunub:3082
İranın Şiraz şəhərində güclü partlayış baş verib.
AzVision.az İran KİV-lərinə istinadən xəbər verir ki, ticarət mərkəzində baş vermiş güclü partlayış nəticəsində 32 nəfər yaralanıb.

Fars əyalətinin təcili tibbi yardım xidmətinin başçısı Məhəmməd-Reza Əli Maneş bildirib ki, xəsarət alan 32 nəfərin 15-i xəstəxanaya yerləşdirilib: “Xəsarət alanların vəziyyəti sabitdir. Ticarət mərkəzində baş verən partlayışın səbəbləri hələ ki, məlum deyil".

Məlumata görə, partlayış nəticəsində yaxınlıqda olan bank və yaşayış evlərinə də ziyan dəyib. Partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

AzVision.az


Teqlər: İran   Partlayış  





Xəbər lenti