İŞİD-ə qarşı əməliyyatlarda 484 dinc sakin ölüb

İŞİD-ə qarşı əməliyyatlarda 484 dinc sakin ölüb
  03 İyun 2017    Oxunub:1620
ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın 2014-ci ildən indiyədək İŞİD-ə qarşı apardığı əməliyyatlarda 484 mülki şəxs qətlə yetirilib. AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ABŞ ordusu bu müddət ərzində İraq və Suriyada 21 min hava hücumu təşkil edib.
Qeyd olunub ki, təkcə 16 hava hücumu nəticəsində 132 mülki şəxs həyatını itirib.

Qeyri-rəsmi məlumatlara görə, ölən mülki şəxslərin sayı 3 mindən çoxdur. Suriya və İraqdakı hava hücumlarını izləyən “Airwars” saytı yerli mənbələrə istinadən bildirir ki, son 3 ildə ABŞ Silahlı Qüvvələri 3100 mülki şəxsi öldürüb.

AzVision.az


Teqlər: ABŞ   Suriya  





Xəbər lenti