Sarkisyan Karapetyanın təkliflərini rədd etdi

Sarkisyan Karapetyanın təkliflərini rədd etdi
  03 İyun 2017    Oxunub:1525
Ermənistanın baş naziri Karen Karapetyanın irəli sürdüyü təkliflər prezident Serj Sarkisyan tərəfindən rədd edilib.
AzVision.az "Jamanak" qəzetinə istinadən xəbər verir ki, Karapetyan əmək və sosial məsələlər naziri Artem Asatryanı dəyişmək istəsə də, onun bu cəhdi uğurlu alınmayıb.

Məlumatalara görə, erməni baş nazir İqtisadi Rəqabət Müdafiə komissiyasının sədri Artak Şaboyanı da işdən çıxarmaq istəyib.

Serj Sarkisyanın təyin etdiyi kadrları əvəzləməklə gələcək hökümətin tərkibində öz adamlarını yerləşdirməyə çalışan Karapetyanın istəyi baş tutmayıb, onun kadr dəyişikliklərinə dair təklifləri prezident tərəfindən qəbul edilməyib.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan   Karapetyan  





Xəbər lenti