`28 may` metrosu nə vaxt açılacaq? - AÇIQLAMA

`28 may` metrosu nə vaxt açılacaq? - AÇIQLAMA
  03 Sentyabr 2013    Oxunub:1983
Bakı Metropoliteninin 28 May stansiyasının əsas giriş-çıxışı sentyabrın 15-də istifadəyə veriləcək.
AzVision.az-a açıqlamasında Metropoliten rəisinin köməkçisi Məmməd Bayramov deyib. Onun sözlərinə görə, 28 may metrosunun əsas girişi tədris ilinə hazır olacaq və vətəndaşların istirfadəsinə veriləcək.

28 may metrosunda təmir işlərinin nə zaman yekunlaşması ilə bağlı suala isə M.Bayramov bildirib ki, təmirin nə vaxt başa çatması məlum deyil.

Qeyd edək ki, iyunun 11-dən Bakı Metropoliteninin 28 May stansiyasının əsas giriş-çıxışı təmirə bağlanıb.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti