Asaturyanın işdən qovulmasının səbəbi - Rüşvət, özbaşnalıq

Asaturyanın işdən qovulmasının səbəbi - Rüşvət, özbaşnalıq
  03 İyun 2017    Oxunub:1558
Ermənistanın Mərkəzi Hərbi Hospitalının rəisi Aram Asaturyanın işdən çıxarılmasının səbəbi məlum olub.
AzVision.az "Hraparak"-a istinadən xəbər verir ki, Asaturyan vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verdiyi ciddi qanun pozuntularına görə işdən çıxarılıb.

Məlumata görə, Ermənistanın Müdafiə Nazirliyinin rəhbərliyi onun fəaliyyəti dövründə yol verdiyi qanun pozuntularının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək barədə qərar qəbul edib.

Ermənistanın hərbi-tibb idarəsinin rəisi, polkovnik Kamavor Xaçatryan Asaturyanın işdən azad edilməsinin zərurətdən irəli gəldiyini deyib.

"Asaturyanın vəzifəsindən azad olunması hərbi zərurətdən irəli gəlir və o, Ermənistanın Müdafiə Nazirliyində ehtiyyat kadr kimi qeydiyyata alınıb"

Qeyd edək ki, Aram Asaturyanı tibb xidməti üzrə müavin, mayor Artaşes Xaçatryan əvəz edib.

Rəziyə Arslan
AzVision.az






Teqlər: Ermənistan  





Xəbər lenti