Türkiyədə baş nazirin müşaviri və xanımı həbs edildi

Türkiyədə baş nazirin müşaviri və xanımı həbs edildi
  03 İyun 2017    Oxunub:8571
Bu gün səhər saatlarında Türkiyədə Ədliyyə Nazirliyinin keçmiş müşaviri, hazırda baş nazir aparatının ali müşaviri olan Birol Erdem və həyat yoldaşı Gülümsər Erdem Ankarada “Fətullahçı Terror Təşkilatı”na (FETÖ) üzv olmaqda təqsirli bilinərək həbs edilib.
AzVision.az “Hüriyyet”ə istinadən xəbər verir ki, Birol Erdem ötən il FETÖ ilə bağlı aparılan istintaq çərçivəsində şahid kimi ifadə verib.

Məlumata görə, "FETÖ işi"ndə tutulan bir çox şəxslər ifadələrində Birol Erdemin adını çəkərək, onun bu təşkilatla əlaqədə olduğunu bildiriblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Türkiyə   FETÖ  





Xəbər lenti