Suraxanıda maarifləndirmə tədbirləri davam etdirilir
"Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Aidiyyəti dövlət qurumları Dövlət Proqramda nəzərdə tutulan tədbirlər planına uyğun olaraq öz öhdələrinə düşən vəzifələri yerinə yetirir. Daxili İşlər Nazirliyi olaraq orta ümumtəhsil müəssisələrində, eləcə də ayrı-ayrı yerlərdə bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçirir”. Polkovnikin sözlərinə görə, bu il ərzində Suraxanı rayonunun ayrı-ayrı orta ümumtəhsil müəssisələrində bu tipli tədbirlər təşkil olunub. Tədbirlərdə şagirdlərə narkomaniya bəlası barəsində ətraflı məlumat verilib. O, narkomaniyanın törətdiyi fəsadlardan danışıb: "Narkotika insanlarda mərkəzi sinir sisteminin təsir gücünü artıran bir dərmandır. Onu qəbul edənlər ən çoxu bir saat, yaxud saat yarım özlərini normal insan kimi hiss edə bilirlər. Çox keçmir ki, öləziyən bədənin çəkisi sanki get-gedə "azalır", fiziki qüvvə tükənir, ayaqlar hərəkət gücünü itirir, huş qeybə çəkilir, beyin öz fəaliyyəti ilə vidalaşır və həmin şəxs normal insan düşüncəsindən məhrum olur. Bədəndə elə orqanlar var ki, onlar insanları hər cür yoluxucu xəstəliklərdən qoruyur, daha dəqiq desək, bir növ "cangüdən" rolunu oynayırlar. Narkotik maddə qəbul edən insanlar özləri də bilmədən həmin orqanları iflasa uğratdıqlarından yoluxucu xəstəlik onların iç dünyasına asanlıqla daxil olur”.
N.Həsənov onu da vurğulayıb ki, həyata keçirilən maarifləndirmə tədbirləri nəticəsində Suraxanı rayonunda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ötən illərlə müqaisədə xeyli aşağı düşüb. Həmçinin qaynar xətt yaradılıb ki, bu vətəndaşların narkomaniya ilə bağlı məlumatları asanlıqla aidiyyəti qurumlara çatdırlasında mühüm rol oynayır.
Sonda şagirdləri maraqlandıran suallara cavab verilib.
AzVision.az
Teqlər: