Dəfn mərasimində faciə - 20 ölü, 87 yaralı

Dəfn mərasimində faciə - 20 ölü, 87 yaralı
  03 İyun 2017    Oxunub:2398
Əfqanıstanın paytaxtı Kabildə dəfn mərasimində törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, 87 nəfər isə yaralanıb.
TASS xəbər verir ki, partlayış vaxtı dəfndə Baş Nazir Abdulla Abdulla və xarici işlər naziri Salahuddin Rabbani də iştirak ediblər. Onların heç bir xəsarət almayıb.

Prezident Əşrəf Qəni Kabildə yeni terror hücumlarını pisləyərək xalqı birliyə çağırıb.

Qeyd edək ki, faciə bu gün şəhər qəbiristanlıqlarından birində cümə günü hökumət əleyhinə keçirilmiş nümayişdə həlak olan şəxsin dəfn mərasimi zamanı baş verib.

Xatırladaq ki, mayın 31-də Kabildə 100 insanın ölümü ilə nəticələnmiş terror aktı ilə bağlı etiraz aksiyası sonradan iğtişaşlara və polislə qarşıdurmaya çevrilmişdi.

AzVision.az


Teqlər: Əfqanıstan   Kabil   Terror  





Xəbər lenti