Londonda terror aktları: Ölən və yaralılar var (FOTOLAR+VİDEO)

Londonda terror aktları: Ölən və yaralılar var (FOTOLAR+VİDEO)
  04 İyun 2017    Oxunub:5801
Londonda silsilə terror aktları baş verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, terrorçular London-Bric körpüsündə insanların üzərinə avtomobil sürüb, bundan sonra isə yaxınlıqdakı “Boro Market”ə hücum ediblər.

London polisi hadisələrin terror aktı olduğunu bildirib. Hadisə nəticəsində 6 nəfər ölüb, azı 30 nəfər yaralanıb.



Britaniyanın Baş naziri Tereza Mey açıqlamasında Londondakı hadisəni terror aktı kimi qiymətləndirib. Daha sonra polis tərəfindən verilən açıqlamada da hadisənin terror aktı olduğu təsdiqlənib.

“Vauxhall” bölgəsində baş verən bıçaqlanmanın isə terror hadisəsi olmadığı bildirilib.

ABŞ Prezidenti Donald Tramp Londondakı terror hadisəsi ilə bağlı sosial media üzərindən Britaniyaya dəstək mesajı ünvanlayıb: “London və Birləşmiş Krallıq üçün nə mümkündürsə edəcəyik və onlarla olacağıq. Biz sizinləyik, Tanrı sizi qorusun!”









AzVision.az


Teqlər: London   Terror  





Xəbər lenti