Bağçılıq dərnəyində qətl - 9 nəfər öldürüldü

Bağçılıq dərnəyində qətl - 9 nəfər öldürüldü
  04 İyun 2017    Oxunub:2002
Rusiyanın Tver vilayətinin Konakovsk rayonunda bağçılıq dərnəyində güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb.
Bunu Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

Konakovsk rayonunun Redkino qəsəbəsində hadisə yerinə baxış zamanı yaxınlıqdakı evin qarşısındakı avtomobillərin birinin yük yerində üzərində güllə yarası olan qadın aşkarlanıb.

***
Rusiyanın Tver vilayətində bağçılıq dərnəyinin 8 üzvü güllələnərək öldürülüb.

TASS-ın məlumatına görə, Konakovsk rayonunun Redkino qəsəbəsində dərnəyə elektrik işləri görmək üçün çağırılmış elektriklə dərnək üzvləri arasında mübahisə yaranıb.

Elektrik evə qayıdaraq silah götürüb və dərnəyə gələrək 6 kişi və 2 qadını güllələyib. 8 nəfəri qətlə yetirən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Rusiya   Tver   Qətl  





Xəbər lenti