Londondakı terrorda ölənlərin sayı 7 nəfərə çatıb

Londondakı terrorda ölənlərin sayı 7 nəfərə çatıb
  04 İyun 2017    Oxunub:1500
Londonda terror aktları nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə London polisinin rəhbəri Kressida Dik məlumat verib.

Onun sözlərinə görə, terror aktları zamanı 7 nəfərin öldüyü təsdiqlənib, 48 nəfər isə yaralanıb.

Qeyd edək ki, bu gecə Böyük Britaniyanın paytaxtı Londonda silsilə terror aktları törədilib. Əvvəlcə “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Ardınca Londonun Boro rayonunda bıçaqla silahlanmış naməlum şəxs bazara daxil olaraq oradakı insanlara müxtəlif xəsarətlər yetirib.

Bundan başqa, paytaxtın Voksholl rayonunda naməlum şəxs bıçaqla insanlara hücum edib.

Polis “London-Bric” körpüsündə və Boro rayon bazarında törədilən insidentlərin terror aktı olduğunu rəsmi təsdiqləyib.

AzVision.az


Teqlər: London   Terror  





Xəbər lenti