Londondakı terakta görə 12 nəfər tutulub

Londondakı terakta görə 12 nəfər tutulub
  04 İyun 2017    Oxunub:1259
Böyük Britaniya polisi Londonda törədilmiş terror aktlarında şübhəli bilinən 12 nəfəri saxlayıb.
AzVision.az xəbər verir ki, bu haqda Skotland Yardın məlumatında bildirilib.

Qeyd edilib ki, şübhəli şəxslər Londonun şərqində Barkinq şəhərində əməliyyat zamanı həbs ediliblər.

Məlumata görə, hazırda xüsusi xidmət orqanları terrorçuların birinin evində axtarış aparır.

Qeyd edək ki, bu gecə Böyük Britaniyanın paytaxtı Londonda silsilə terror aktları törədilib. Əvvəlcə “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Ardınca Londonun Boro rayonunda bıçaqla silahlanmış naməlum şəxs bazara daxil olaraq oradakı insanlara müxtəlif xəsarətlər yetirib. Bundan başqa, paytaxtın Voksholl rayonunda naməlum şəxs bıçaqla insanlara hücum edib.

Polis “London-Bric” körpüsündə və Boro rayon bazarında törədilən insidentlərin terror aktı olduğunu rəsmi təsdiqləyib.

Baş verən hücumlarda 7 nəfər ölüb, 50 nəfər yaxın isə xəstəxanaya yerləşdirilib.

AzVision.az


Teqlər: London   Terror  





Xəbər lenti