Dəhşətli avtobus qəzası – 22 nəfər yanaraq öldü

Dəhşətli avtobus qəzası – 22 nəfər yanaraq öldü
  05 İyun 2017    Oxunub:2402
Hindistanda Uttar-Pradeş ştatında ağır yol qəzası baş verib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yük maşını avtobusla toqquşub. Qızadan sonra yanğın baş verib.

Hadisə nəticəsində avtobusda olan 41 sərnişindən 22-si yanaraq ölüb.

Fakta bağlı araşdırmalar başlayıb.

Qeyd edək ki, Hindistan ən çox yol-nəqliyyat qəzalarının baş verdiyi ölkədir. Təxminən hər dörd dəqiqədən bir bu ölkədə qəza baş verir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Hindistan   Qəza  





Xəbər lenti