Avropa Məhkəməsindən Ermənistana növbəti zərbə

Avropa Məhkəməsindən Ermənistana növbəti zərbə
  05 İyun 2017    Oxunub:1589
Avropa İnsan Haqları Məhkəməsi İrəvan metrosunun 3 il əvvəl işdən azad edilən üç sabiq işçisi Qagik Qalstyan, Sevak Hovhannisyan və Andranik Qevorqyanın iddia ərizəsini qəbul edərək qeydiyyatdan keçirib.
AzVision.az xəbər verir ki, bu barədə “Tert.am”-a müsahibəsində iddiaçıların maraqlarını müdafiə edən vəkil Kristina Qevorqyan deyib.

Məhkəmədə müvəkillərinin hüquq, söz azadlığı və mülkiyyət hüququnun pozulduğunu bildirən vəkil iddiaçı şəxslərin vaxtilə hökümətin pensiya sisteminə qarşı etiraz aksiyasında iştirak etdiklərinə görə işdən azad edildiyini vurğulayıb.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Avropa-Məhkəməsi  





Xəbər lenti