Tillerson ərəb dövlətlərini barışığa çağırdı

Tillerson ərəb dövlətlərini barışığa çağırdı
  05 İyun 2017    Oxunub:1096
ABŞ dövlət katibi Reks Tillerson Fars Körfəz ölkələrinin Qətər ilə diplomatik əlaqələri kəsməsindən sonra region dövlətlərini birliyə çağırıb.
AzVision.az “Frans Press”-ə istinadən xəbər verir ki, ABŞ diplomatı Sidneydə çıxışı zamanı Körfəz ölkələrinə çağırış edib:

“Əlbəttə ki, biz tərəfləri birlikdə danışıqlar masasına əyləşib, bu fikir ayrılığını aradan qaldırmağa çağırırıq. Mövcud problemin aradan qaldırılmasında oynaya biləcəyimiz hansısa rol varsa, hesab edirik ki, Fars körfəzi ərəb dövlətləri Əməkdaşlıq Şurası birlik olaraq qalmalıdır”, - deyə ABŞ dövlət katibi Sidneydə bildirib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətəri terror təşkilatlarına yardım göstərməkdə ittiham edərək bu ölkə ilə diplomatik və konsulluq əlaqələrini kəsdiklərini elan ediblər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: ABŞ   Tillerson  





Xəbər lenti