Klintonla bağlı araşdırma aparılır – Korrupsiya qalmaqalı

  05 İyun 2017    Oxunub : 1060
Klintonla bağlı araşdırma aparılır – Korrupsiya qalmaqalı
ABŞ Senatının hüquq komitəsinin rəhbəri Çak Qrassli prezidentliyə keçmiş namizəd Hillari Klinton barəsində araşdırmalara başlayıb. AzVision.az xəbər verir ki, bu barədə “Caller Daily” qəzeti məlumat yayıb.
Söhbət sabiq dövlət katibinin Banqladeşdən olan iş adamı Məhəmməd Yunus barəsində korrupsiya ittihamı ilə açılan cinayət işinə dair araşdırmaların dayandırmaq cəhdlərindən edir.

Nəşrin iddiasına görə, Klinton bu ölkənin baş naziri və onun oğluna təzyiq göstərib, biznesmen barəsində araşdırmanı dayandırmağı tələb edib.

Məlumata görə, M.Yunus “Clinton Foundation” əsas sponsorlarından biridir. Biznesmen, həmçinin Klintolar ailəsinin yaxın dostudur.

Senator artıq ABŞ dövlət katibi Reks Tillersona iki həftə ərzində bu işlə bağlı sənədlərin komitəyə təqdim edilməsi barəsində müraciət ünvanlayıb.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: ABŞ   Hillari-Klinton   korrupsiya