Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarılır

Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarılır
  05 İyun 2017    Oxunub:1570
Türkiyənin Daxili İşlər Nazirliyi hazırda ABŞ-da yaşayan FETÖ lideri Fətullah Gülənlə yanaşı 130 nəfərin vətəndaşlıqdan çıxarılmasına dair təhqiqatların başladığını elan edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, siyahıda adları olan şəxslər 3 ay müddətinə Türkiyəyə qayıtmasalar, vətəndaşlıqdan xaric ediləcəklər.

Siyahıda, həmçinin kördyönümlü HDP-dən millət vəkili seçilən iki nəfərin adı da yer alıb.

AzVision.az


Teqlər: Türkiyə   FETÖ  





Xəbər lenti