Ərəb dünyasındakı qalmaqal Türkiyəni narahat edir

Ərəb dünyasındakı qalmaqal Türkiyəni narahat edir
  05 İyun 2017    Oxunub:2681
Körfəz ölkələrinin Qətərlə diplomatik əlaqələri pozması bizi kədərləndirdi.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Ziqmar Qabriellə keçirdiyi mətbuat konfransında deyib.

Çavuşoğlu qeyd edib ki, Türkiyə Körfəz bölgəsinin sabitlik, birlik və bərabərliyini özünün sabitliyi, birlik və bərabərliyi hesab edir:

“Bu bölgə ilə bır sıra ortaq problemlərimiz mövcuddur. Bütün hallarda bölgədə həmrəylik önəmlidir. Körfəz ölkələri arasında fikir ayrılığı ola bilər. Lakin bütün şərtlərdə dialoq davam etməlidir ki, problemlər həll olsun. Bu məsələnin həlli üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Maldiv, Yəmən və Birləşmiş Ərəb Əmirlikləri Qətəri terror təşkilatlarına yardım göstərməkdə ittiham edərək bu ölkə ilə diplomatik və konsulluq əlaqələrini kəsdiklərini elan ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Çavuşoğlu   Türkiyə   XİN   Ərəb  





Xəbər lenti