Ermənistanda rüşvət alan məmur həbs edildi

Ermənistanda rüşvət alan məmur həbs edildi
  05 İyun 2017    Oxunub:3888
Ermənistanın “Hrazdan” penitensiar xidmətinin məhbuslarından və onların yaxınlarından rüşvət tələb etdiyinə və aldığına görə nazirliyin yüksək vəzifəli əməkdaşı həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xüsusi İstintaq komitəsi yayıb.

Qeyd olunub ki, həbs edilən şəxs “Hrazdan” Penitensiar xidmətin operativ qrupunun sabiq rəhbəri (V.A.) olub.

Ermənistanda korrupsiyaya qarşı həbslərin əslində yeni təyin edilən nazirlər tərəfindən sabiq məmurların kadrlarının vəzifədən uzaqlaşdırılmasına yönəldiyi bildirilir.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Korrupsiya   Həbs  





Xəbər lenti