ABŞ Suriyaya zərbə endirib?

ABŞ Suriyaya zərbə endirib?
  03 Sentyabr 2013    Oxunub:1037
Aralıq dənizinin şərq sahilləri istiqamətində iki ballistik raket buraxılıb.
Bu gün səhər saatlarında,Moskva vaxtı ilə saat 10:16-da Rusiyanın raket hücumu barədə xəbərdarlıq sistemi Aralıq dənizi istiqamətində buraxılan iki ballistik raket qeydə alıb. Bu barədə Rusiya mətbuatı Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Bir müddət sonra Dəməşqdəki mənbə raketlərin Aralıq dənizinə düşdüyünü bildirib.

Pentaqonun mətbuat xidməti isə bildirib ki, qurumun Araqlıq Dənizini hədəfə alan raketlər barədə heç bir məlumatı yoxdur.
Rusiya Müdafiə nazirliyindən verilən məlumata görə, raketlərin hərəkət trayektoriyası Aralıq dənizinin mərkəzi hissəsindən Aralıq dənizi sahillərinin şərq hissəsini əhatə edib.

Bu xəbərin ardından Müdafiə Nazirliyinin təmsilçisi bildirb ki, Rusiyanın müdafiə naziri, ordu generalı Serqey Şoyqu bu barədə prezident Vladimir Putinə məlumat verib.

Fransanın Müdafiə Nazirliyi isə ballistik raketlər barədə məlumtasız olduğunu bildirib.

Hazırda NATO məsələ ilə bağlı məlumatları araşdırır.

Səbinə
AzVision.az



Teqlər:  





Xəbər lenti