ABŞ-da silahlı insident: 5 ölü - Video (Yenilənib)

ABŞ-da silahlı insident: 5 ölü - Video (Yenilənib)
  05 İyun 2017    Oxunub:4110
ABŞ-ın Orlando şəhərində baş verən atışma nəticəsində 5 nəfər ölüb.
Polisdən insidentin şəhər kənarındakı sənaye zonalarından birində baş verdiyi və terror olmadığı bildirilib.

Hadisə yeri nəzarətə götürülüb, həmin əraziyə gedən yollar bağlanıb, araşdırma aparılır.

***
ABŞ-ın Orlando şəhərində (Florida ştatı) atışma baş verib.

AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, hadisə nəticəsində xeyli insanın öldüyü bildirilir.

“CNN”-in məlumatına görə, insident şəhərkənarı sənaye zonalarından birində olub.

Atışmanın baş verdiyi ərazidə küçələr polis tərəfindən bağlanılıb. Şəhər Şerif idarəsi atışma zamanı xeyli insanın öldüyünü təsdiqləyib.

Hadisə ilə əlaqədar yaxın dəqiqələrdə daha ətraflı məlumatın veriləcəyi gözlənilir.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   İnsident  





Xəbər lenti