Prokurorluqda iş axtaranların nəzərinə
Xidmətdə fərqləndiklərinə və vəzifə borclarını nümunəvi icra etdiklərinə görə müsabiqə yolu ilə qulluğa qəbul edilmiş 553 gənc hüquqşünasın bir çoxu prokurorluğun müxtəlif struktur qurumlarında məsul vəzifələrə irəli çəkilib.
Prokurorluqda mövcud vakant vəzifələrin hərtərəfli hazırlıqlı gənc mütəxəssislər hesabına komplektləşdirilməsi məqsədilə cari ildə elan edilmiş növbəti müsabiqə ilə əlaqədar sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının vaxtı və yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş qanunların siyahısı və digər məsələlər barədə kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun internet səhifəsində və Qəbul otağında yerləşdirilmiş lövhədə əlavə məlumat veriləcək.
Prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən hər bir gənc hüquqşünas Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilər. Qulluğa qəbulla bağlı tələb olunan sənədlərin siyahısı və digər məsələlərlə əlaqədar prokurorluğun internet səhifəsindən (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və 437-28-56, 492-63-62, 492-74-32 nömrəli telefonlar vasitəsi ilə məlumat əldə etmək olar.
Teqlər: